Türkiyə ordusu Suriya sərhədlərinə yeni hərbi təchizatlar göndərib
https://azeri.sahartv.ir/news/türkiyə-i292605-türkiyə_ordusu_suriya_sərhədlərinə_yeni_hərbi_təchizatlar_göndərib
Türkiyə ordusu Suriya ilə sərhəd məntəqələrə əlavə hərbi təchizatlar toplayır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 17, 2018 13:27 Asia/Baku
  • Türkiyə ordusu Suriya sərhədlərinə yeni hərbi təchizatlar göndərib

Türkiyə ordusu Suriya ilə sərhəd məntəqələrə əlavə hərbi təchizatlar toplayır.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə ordusu güclü təhlükəsizlik tədbirləri altında Suriya ilə sərhədlərdəki qüvvələrinə əlavə təchizatlar göndərib.

Bu təchizatlar 15 ədəd tank, hərbi yük maşınları, zirehli maşınlar və digər hərbi təchizatlara şamil olur.

Çərşənbə axşamı Suriyanın şimalında kürd yaraqlıları və müxalifətdə olan silahlı qüvvələr bir-birilərinin mövqelərini atəşə tutublar.

Eyni zamanda kürd yaraqlıları və Türkiyə ordusu arasında da Suriya sərhədləri ətrafında toqquşma baş verib.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan NATO-nun baş katibi Yiens Stoltenberq ilə telefon əlaqəsi saxlayaraq, Ankaranın öz milli təhlükəsizliyini təmin etmək üçün istənilən tədbirə əl atacağını bildirib.