Türkiyədən ABŞ-a xəbərdarlıq
https://azeri.sahartv.ir/news/türkiyə-i292723-türkiyədən_abŞ_a_xəbərdarlıq
Türkiyənin baş naziri Amerikaya bu ölkənin onun ölkəsinin sərhəd məntəqələrində terrorçuları himayə etməsi barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 18, 2018 15:52 Asia/Baku
  • Türkiyədən ABŞ-a xəbərdarlıq
    Türkiyədən ABŞ-a xəbərdarlıq

Türkiyənin baş naziri Amerikaya bu ölkənin onun ölkəsinin sərhəd məntəqələrində terrorçuları himayə etməsi barədə xəbərdarlıq edib.

Binalı Yıldırım bu gün Ankarada təhlükəsizlik orqanları başçılarının iclasında deyib: Amerika Suriyanın bəzi məntəqələrində terror qruplarına dəstək verərək, regionda əmin-amansızlığa rəvac verir.

O, əlavə edib: Türkiyə sərhədlərini, vətəndaşlarını və onların maliyyələrini himayə etmək üçün beynəlxalq qanunlar çərçivəsində lazımi tədbirləri görəcək.

Türkiyənin baş naziri əlavə edib: Ankara Türkiyəyə qarşı hər bir təhdidlə mübarizə aparacaq.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bu gün bildirib ki, terrorçuların Suriya ilə Türkiyə arasındakı sərhəd məntəqələrində yerləşmələri Ankaranın Vaşinqton ilə əlaqələrində tam sərtliyə səbəb olacaqdır.

Rəsmi məlumatlara görə, ABŞ indiyədək Suriya və İraqda yerləşən terrorçulara milyardlarla dollar silah və sursat veribdir.