Türkiyə prezidenti Suriyanın şimalında hərbi əməliyyatların davam edəcəyini dedi
https://azeri.sahartv.ir/news/türkiyə-i292949-türkiyə_prezidenti_suriyanın_şimalında_hərbi_əməliyyatların_davam_edəcəyini_dedi
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bu ölkə ordusunun Suriyanın şimalında xüsusilə Afrindəki hərbi əməliyyatlarının davam edəcəyini deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 20, 2018 16:11 Asia/Baku
  • Türkiyə prezidenti Suriyanın şimalında hərbi əməliyyatların davam edəcəyini dedi
    Türkiyə prezidenti Suriyanın şimalında hərbi əməliyyatların davam edəcəyini dedi

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bu ölkə ordusunun Suriyanın şimalında xüsusilə Afrindəki hərbi əməliyyatlarının davam edəcəyini deyib.

İRİB-nin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan şənbə günü etdiyi çıxışında deyib: Türkiyə ordusunun Suriyanın Hələb vilayətinin şimal-qərbində yerləşən Afrin məntəqəsindəki əməliyyatı davam edir və Afrinin yaxınlığında yerləşən Mənbic şəhərində də tezliklə hərbi əməliyyatlara başlanacaq.

Rəcəb Təyyib Ərdoğan bu sözləri Kutahyada hakim Ədalət və İnkişaf Partiyasının üzvləri qarşısında etdiyi çıxışı zamanı deyib

Türkiyə prezidenti həmçinin, ABŞ rəsmilərinin riyakarlığı və ikiüzlülüyünü tənqid edərək, deyib: Amerika Türkiyənin regiondakı rəftarları haqda fikir bildirmək haqqına malik deyil.