Türkiyə Suriyanın Afrin məntəqəsinə qarşı hərbi əməliyyatlara başladığını bildirib
https://azeri.sahartv.ir/news/türkiyə-i292951-türkiyə_suriyanın_afrin_məntəqəsinə_qarşı_hərbi_əməliyyatlara_başladığını_bildirib
Türkiyə Suriyanın şimalındakı hərbi əməliyyatlarının davamında bu gün Afrin məntəqəsinə qarşı hücumlar həyata keçirdiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 20, 2018 16:20 Asia/Baku
  • Türkiyə Suriyanın Afrin məntəqəsinə qarşı hərbi əməliyyatlara başladığını bildirib
    Türkiyə Suriyanın Afrin məntəqəsinə qarşı hərbi əməliyyatlara başladığını bildirib

Türkiyə Suriyanın şimalındakı hərbi əməliyyatlarının davamında bu gün Afrin məntəqəsinə qarşı hücumlar həyata keçirdiyini bildirib.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Türkiyənin Afrinə hücumu ilə bağlı təcili xəbərlərin yayılmasından bir neçə dəqiqə sonra Türkiyə ordusu YPG  kürd yaraqlılarının mövqelərinə növbəti dəfə zərbələr endirib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə silahlı qüvvələrinin baş qərargahı bu gün yerli vaxtla saat 17:00-da Afrin məntəqəsində "Zeytun budağı" adı altında hərbi əməliyyatlara başlandığını bildirib.

Türkiyə qırıcılarının Suriya sərhədlərini keçərək, Suriya ərazisinə daxil olmasının ardınca Afrindən partlayış səsləri yüksəlməyə başlayıb.

Türkiyənin ordu qüvvələri təhlükəsizlik tədbirlərinin artırılması məqsədi ilə sakinlərdən sərhəd məntəqəyə yaxınlaşmamalarını istəyiblər.