Türkiyənin cənubuna raket hücumu
https://azeri.sahartv.ir/news/türkiyə-i293425-türkiyənin_cənubuna_raket_hücumu
Türkiyənin cənubunda yerləşən Kilis sərhəd şəhərinə qarşı raket hücumunda 10 nəfər yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 25, 2018 10:00 Asia/Baku
  • Türkiyənin cənubuna raket hücumu
    Türkiyənin cənubuna raket hücumu

Türkiyənin cənubunda yerləşən Kilis sərhəd şəhərinə qarşı raket hücumunda 10 nəfər yaralanıb.

Doğan xəbər agentliyinin verdiyi məlumata görə. Türkiyənin Suriyanın şimalında yerləşən Afrinə qarşı hərbi əməliyyatları davam edərkən Türkiyənin təhlükəsilzik mənbələri bildiriblər ki, Suriya Xalq Müdafiə Bölmələri adlandırılan YPG yaraqlıları biri ədəd raketlə Kilis sərhəd şəhərini hədəfə alıb. 

Bu məlumata görə, raket Kilis şəhərində bir məscidə düşüb və 10 nəfərin yaralanması ilə nəticələnib. Yaralılardan ikisinin durumunun gərgin olduğu deyilir. 

Türkiyə ordusunun Suriyanın şimalında kürd yaraqlılarının mövqelərinə qarşı hücumlarında indiyədək onlarla adam ölüb və yaralanıb. 

YPG terrorçularının ehtimal olunan  intiqamçı əməliyyatları Türkiyənin sərhədyanı ərazilərində sakinləri nigaran edir.