Suriyada Ankara ilə müxalif yüzlərlə kürd öldürülüb
https://azeri.sahartv.ir/news/türkiyə-i294055-suriyada_ankara_ilə_müxalif_yüzlərlə_kürd_öldürülüb
Türkiyə ordusu Suriyanın şimalında Türkiyə dövlətilə müxalif kürdlərdən yüzlərlə nəfərin öldürülməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 30, 2018 11:35 Asia/Baku
  • Suriyada Ankara ilə müxalif yüzlərlə kürd öldürülüb
    Suriyada Ankara ilə müxalif yüzlərlə kürd öldürülüb

Türkiyə ordusu Suriyanın şimalında Türkiyə dövlətilə müxalif kürdlərdən yüzlərlə nəfərin öldürülməsindən xəbər verib.

Türkiyə ordusu bu gün bir bəyanatda bildirib ki, Suriyanın şimal-qərbindəki Afrin məntəqəsində "Zeytun budağı" əməliyyatının başlanmasından bəri Türkiyənin təhlükəsizlik qüvvələrinin hücumlarında PKK, PYD və YPG üzvlərindən 649 nəfər öldürülüb.

Bəyanatda deyilir: Türkiyə ordusunun qüvvələri dünən gecə Afrində bu qrupların mövqelərinə hücum ediblər və bu zaman Ankara ilə müxalif kürdlərdən otuz üç nəfər öldürülüb. Bəyanatda Türkiyə ordusunun tələfatının miqdarına işarə olunmayıbdır.

Türkiyənin Suriyanın şimal-qərbindəki Afrin məntəqəsində keçirdiyi "Zeytun budağı" əməliyyatı yanvarın 20-də başlayıb və hələ də davam edir.

Suriya dövləti bundan öncə Türkiyənin bu əməliyyatını təcavüz və Suriyanın ərazi bütövlüyünün pozulması adlandırib və onu pisləyibdir.