Türkiyə ordusu Afrində Press TV-nin xəbər qrupuna hücum edib
https://azeri.sahartv.ir/news/türkiyə-i294157-türkiyə_ordusu_afrində_press_tv_nin_xəbər_qrupuna_hücum_edib
Press TV çərşənbə axşam gecə bildirib ki, bu televiziya kanalının xəbər qrupu Afriin Raji bölgəsində Türkiyə ordusunun hücumuna məruz qalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 31, 2018 11:12 Asia/Baku
  • Türkiyə ordusu Afrində Press TV-nin xəbər qrupuna hücum edib

Press TV çərşənbə axşam gecə bildirib ki, bu televiziya kanalının xəbər qrupu Afriin Raji bölgəsində Türkiyə ordusunun hücumuna məruz qalıb.

Məlumata görə, Press TV-nin xəbər qrupunun işçilərindən biri yaralanıb.

Türkiyə ordusu 2018-ci il 20 yanvardan Suriyanın şimalında Afrin şəhərində Zeytun Budağı əməliyyatına başlayıb.

Türkiyə bundan öncə Suriyanın şimalında "Fərat Qalxanı" əməliyyatını keçirmişdi.

Dəməşq dəfələrlə Türkiyə hərbçilərinin Suriya ərazisində əməliyyatı və qeyri-qanuni iştirakını tənqid edib.

Türkiyə rəsmilərinin qənaətincə, PYD silahlıları bəzi xarici ölkələr, o cümlədən ABŞ və PKK təşkilatının dəstəyi ilə Suriyanın şimalı və Tükiyənin cənub sərhədlərində kürd dövləti və ya kürd sakinli müstəqil bölgə yaratmaq niyyətindədirlər.