Fransa prezidenti Türkiyənin əməliyyatı haqda xəbərdarlıq etdi
Yan 31, 2018 15:52 Asia/Baku
Fransa prezidenti Türkiyəyə xəbərdarlıq edib ki, bu ölkənin Suriyanın şimalında kürd yaraqlılara qarşı əməliyyatı bu ölkəyə hücum bəhanəsinə çevrilməməlidir.
Röytersin məlumatına görə, Fransa prezidenti Emmanuel Makron Le Fiqaro qəzeti ilə müsahibədə bildirib: Türkiyə öz hərəkətlərini müttəfiqləri ilə ahəngdar etməlidir.
Makron deyib: Bu əməliyyatın Türkiyə sərhədlərində terrorçuların ehtimal olunan təhdidləri ilə mübarizədən başqa istiqamətə yönəldiyi bəlli olarsa, müttəfiqləri üçün real problemə çevriləcək.
Teqlər