Kürd yaraqlılar Afrində 15 Türkiyə əsgərinin öldürüldüyünü bildirirlər
https://azeri.sahartv.ir/news/türkiyə-i294225-kürd_yaraqlılar_afrində_15_türkiyə_əsgərinin_öldürüldüyünü_bildirirlər
Kürd yaraqlılarından ibarət olan Demokratik Suriya Qüvvələri bildiriblər ki, Suriyanın Afrin şəhərinin şimalında bir əməliyyatda Türkiyənin 15 əsgərini öldürüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 01, 2018 09:13 Asia/Baku
  • Kürd yaraqlılar Afrində 15 Türkiyə əsgərinin öldürüldüyünü bildirirlər
    Kürd yaraqlılar Afrində 15 Türkiyə əsgərinin öldürüldüyünü bildirirlər

Kürd yaraqlılarından ibarət olan Demokratik Suriya Qüvvələri bildiriblər ki, Suriyanın Afrin şəhərinin şimalında bir əməliyyatda Türkiyənin 15 əsgərini öldürüblər.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Kürd yaraqlıların mətbuat xidməti bildirib ki, Afrinin şimalında Buki kəndində Türkiyə hərbçilərinə qarşı həyata keçirilən əməliyyatda 15 türk əsgəri həlak olub və bir neçə hərbçi də yaralanıb.

Bu məlumatda deyilir ki, bir neçə gün öncə Xəlil kəndində də Türkiyə hərbçilərinə qarşı hücum həyata keçirilib və 3 türk əsgərin həlak olması və bir zirehli texnikanın sıradan çıxarılması ilə nəticələnib.