Türkiyədə 100 mindən çox dövlət işçisi qovulub
https://azeri.sahartv.ir/news/türkiyə-i294255-türkiyədə_100_mindən_çox_dövlət_işçisi_qovulub
Türkiyə baş nazirinin müavini deyib: 2016-cı il uğursuz dövlət çevrilişindən sonra Türkiyədə dövlət orqanlarında çalışan 110 min 778 nəfər işdən qovulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 01, 2018 16:38 Asia/Baku
  • Türkiyədə 100 mindən çox dövlət işçisi qovulub
    Türkiyədə 100 mindən çox dövlət işçisi qovulub

Türkiyə baş nazirinin müavini deyib: 2016-cı il uğursuz dövlət çevrilişindən sonra Türkiyədə dövlət orqanlarında çalışan 110 min 778 nəfər işdən qovulub.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ deyib: Sözü gedən şəxslərin işdən qovulmaları nazirlər kabinetinin qəbul etdiyi qərar əsasında verilən göstərişlər çərçivəsində baş tutub. 

Bozdağ hökumətin fövqəladə vəziyyəti ilk  3 aydan sonra ləğv etmək niyyətində olduğunu bildirərək deyib: Sonra baş verən hadisələr Gülən qrupu ilə effektli mübarizə üçün  fövqəladə vəziyyətin vaxtının uzadılmasına zərurət yaratdı və 6-cı dəfə olaraq Türkiyədə fövqəladə vəziyyətin müddəti uzadılır. 

Koniya prokuroru isə bu gün Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə 120 nəfərin həbs edildiyini deyib.