Türkiyə qüvvələri Suriyanın İdlib vilayətinə daxil olublar
-
Türkiyə qüvvələri Suriyanın İdlib vilayətinə daxil olublar
Medialar Türkiyə qüvvələrinin Suriyanın İdlib vilayətinə daxil olmalarından xəbər veriblər.
Türkiyə ordusunun onlarla transportyoru bu gün "Kəfər Lusin" sərhəd məntəqəsindən keçərək, Suriyanın İdlib vilayətinə daxil olub.
Türkiyə qüvvələrinin Suriyanın İdlib vilayətinə daxil olmaları elə bir haldadır ki, Türkiyə ordusu kürd yarımhərbçiləri yatırmaq bəhanəsilə yanvarın 20-də Suriyanın şimalında yerləşən Hələb vilayətinin Afrin şəhərinin ətrafında öz əməliyyatına başlayıbdır.
Türkiyə ordusu bu gün Suriyanın şimal-qərbindəki Afrin məntəqəsində keçirdiyi "Zeytun budağı" əməliyyatının on altıncı günündə bildirib ki, İŞİD terrorçuları və Türkiyə ilə müxalif qrupların üzvlərindən on beş nəfər bazar ertəsi günü öldürülüb. Beləliklə, bu müddətdə həmin qrupların tələfatının sayı 947 nəfərədək artıbdır.
Suriyanın Xarici İşlər Nazirliyi bu əməliyyatı pisləyərək, bildiribdir ki, Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatı bu ölkənin milli suverenliyinin pozulması deməkdir.