Ərdoğan: Afrin şəhəri tam nəzarətə götürülüb
-
Ərdoğan: Afrin şəhəri tam nəzarətə götürülüb
Türkiyə prezidenti bu gün etdiyi çıxışında Suriyanın Şimalinda yerləşən Afrin şəhərinin tamamiylə Türkiyə ordusunun nəzarətinə keçdiyini bildirib.
Anadolu xəbər agentliynin verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan deyib: Zeytun budağı əməliyyatının 58-ci günündə Afrin şəhərinin mərkəzi tam nəzarətimizdədir.
Ərdoğan bildirib: Türkiyə ordusu "Suriya Azad Ordusu" ilə birlikdə Afrin şəhərinə nəzarəti tam təmin edib.
Afrin şəhərinin yerli rəsmiləri bildiriblər ki, son günlər ərzində bu şəhər sakinlərindən 150 min nəfər Türkiyənin hücumuna görə şəhəri tərk edib.
Türkiyə cari il yanvaın 20-də Suriyanın şimal qərbində yerləşən kürd sakinli Afrinə qarşı hərbi əməliyyta başladı .
Rəsmi ankara bu əməliyyatın kürd terrorçularına qarşı həyata keçdiyini bildirir. Rəsmi Dəməşq isə bu hücumları pisləyib.