Türkiyə ordusu Suriyanın Təll Rifat şəhərinə nəzarəti ələ keçirib
Türkiyə ordusu Suriyanın şimalında hərbi əməliyyatların davamında Afrin, əl-Bab və Hələb arasında Təll Rifat şəhərinə nəzarəti ələ keçirib.
Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə ordusu qüvvələri çərşənbə axşamıg ünü bölgədəki ürd qruplardan heç bir müqavimət görmədən Təll Rifat şəhərinə nəzarəti ələ keçiriblər.
Bundan öncə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ordu qüvvələrinin Suriyanın şimalındakı əməliyyatının məqsədini Təll Rifat şəhərinin ələ keçirilməsi olduğunu bildirmişdi.
Türkiyə ordusu 20 yanvar 2018-ci ildən PKK, YPG, PYD qüvvələri ilə mübarizə aparmaq məqsədilə Suriyanın şimalında Afrin şəhərində hərbi əməliyyata başlayıb.
Suriya hökuməti Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatının ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşı olduğunu bildirir.