Türkiyə ordusunun əməliyyatında 4 PKK-çı öldürülüb
Apr 06, 2018 04:28 Asia/Baku
Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin cənub-şərqində keçirdiyi son əməliyyatda PKK yaraqlılarından dörd nəfər öldürülüb.
Anadolu İnformasiya Agentliyinin Ankaradan verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı cümə axşamı gecə bir bəyanatda bildirib: Türkiyə Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Şırnak vilayətində keçirilən təhlükəsizlik qüvvələrinin əməliyyatında 4 PKK üzvü öldürülüb.
Məlumata görə, bu əməliyyatda yaraqlıların təchizatına ciddi zərbələr endirilib.
Teqlər