Türkiyənin cənubunda 5 PKK-çı öldürülüb
Apr 08, 2018 11:15 Asia/Baku
Türkiyə təhlükəsizlik qüvvələrinin Hatay vilayətində PKK yaraqlılarının mövqelərinə qarşı keçirdiyi əməliyyatda 6 PKK-çı öldürülüb.
Anadolu İnformasiya Agentliyinin məlumatına görə, PKK üzvləri, o cümlədən iki başçısı Türkiyə təhlükəsizlik qüvvələrinin Hatay vilayətinin Amanos bölgəsində keçirdiyi əməliyyatda öldürülüb.
Hatay vilayəti təhlükəsizlik rəsmiləri bildiriblər ki, PKK üzvləri Amanos bölgəsində terror aktı keçirmək niyyətində olublar.
Türkiyə ordusunun PKK-nın mövqeləri əleyhinə yeni əməliyyatları 2018-ci il mart ayının 10-dan başlanıb və davam edir.
Türkiyə Kürdüstan Fəhlə Partiyası adlanan silahlı qruplaşma 30 ildən çoxdur ölkə hökuməti əleyhinə savaşır.