İran və Türkiyə arasında hava sənayesi məhsullarının satışı üzrə beş anlaşma imzalanıb
https://azeri.sahartv.ir/news/türkiyə-i304472-İran_və_türkiyə_arasında_hava_sənayesi_məhsullarının_satışı_üzrə_beş_anlaşma_imzalanıb
İran İslam Respublikasının Hava Sənayesi Təşkilatının ixracat üzrə məsulu cümə günü Antaliyada Eurasia Airshow Hava Yolları Sərgisinin kənarında İran və Türkiyə arasında hava sənayesi məhsullarının satışı üzrə beş anlaşmanın imzalanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2018 15:24 Asia/Baku
  • İran və Türkiyə arasında hava sənayesi məhsullarının satışı üzrə beş anlaşma imzalanıb
    İran və Türkiyə arasında hava sənayesi məhsullarının satışı üzrə beş anlaşma imzalanıb

İran İslam Respublikasının Hava Sənayesi Təşkilatının ixracat üzrə məsulu cümə günü Antaliyada Eurasia Airshow Hava Yolları Sərgisinin kənarında İran və Türkiyə arasında hava sənayesi məhsullarının satışı üzrə beş anlaşmanın imzalanmasından xəbər verib.

İRNA-nın məlumatına görə, Cəfər Zedvar deyib: Bu beş anlaşma hava sənayesi məhsulları, o cümlədən hava sənayesinin texniki məhsullarının yivləri, hava və aeronavtika sənayesi ilə bağlı əlaqədar yedək növləri, Tulu 4 Pilotsuz Uçan Aparatın motoru və Sirat 2 Pilotsuz Uçan Aparatın motorunun satışına şamil olur. 

İranın Hava Sənayesi Təşkilatının ixracat üzrə məsulu həmçinin SA İran şirkətinin istehsal etdiyi hava sənayesi məhsullarının ixracatı, müxtəlif radioqəbuledicilər və İran və Türkiyə arasında hava qəbuledicilərinin satışı sahəsində razılaşmanın əldə olunduğunu bildirib. 

Cəfər Zedvar İran və Türkiyə, eləcə də hava sənayesi sahəsində aktiv olan şirkətlər arasında əməkdaşlıqların inkişaf etdirilməsini İran şirkətlərinn bu sərgidəki iştirakının məqsədlərindən adlandırıb. 

İranın Hava Sənayesi Təşkilatının ixracat üzrə məsulu xatırladıb: Bir hissəsi, o cümlədən müxtəlif helikopterlər və Pilotsuz Uçan Aparatların bu sərgidə sərgilənən İranın hava və aeronavtika sənayesi üzrə nailiyyətlərinin Türkiyə və xarici şirkətlərin tam təəccüblənməsinə səbəb olub. 

Cəfər Zedvar bu sərgidə İranın istehsal etdiyi Yəsir, Bina və Həmasə adlı üç PUA-sının sərgilənməsini bəyan edərək deyib: Bu məhsullar şirkətlər tərəfindən rəğbətlə qarşılandı və bazarların tapılması və satışı üzrə addımlar atılıb. 

İranın Hava Sənayesi Təşkilatının ixracat üzrə məsulu həmçinin bu sərgidə İranın istehsal etdiyi üç növ helikopterin təqdim olunduğunu bildirib və deyib: Bu sərgidə Şahid 278 helikopteri, Səba 248 iki motorlu helikopteri, Sorena helikopteri bazara çıxarılması üçün təqdim olunub. 

Eurasia Airshow Hava Yolları Sərgisi çərşənbə günündən dünyanın 55 ölkəsi, o cümlədən İrandan 300 şirkətin iştirakı ilə Türkiyənin Antaliya şəhəri aerportunda işə başlayıb və bazar gününə qədər davam edəcək.