A.Gül Türkiyə prezident seçkilərinə namizədlikdən vaz keçib
Apr 28, 2018 14:23 Asia/Baku
-
A.Gül Türkiyə prezident seçkilərinə namizədlikdən vaz keçib
Türkiyənin sabiq prezidenti bildirib ki, o, bu ölkədə növbədənkənar prezident seçkilərində iştirak etməyəcək.
Abdulla Gül bu gün Ankarada keçirdiyi mətbuat konfransında deyib ki, o, Türkiyədə növbədənkənar prezident seçkilərində iştirak üçün bir stimula malik deyildir.
Türkiyənin sabiq prezidenti əlavə edib ki, onun bütün səyləri Türkiyədə təhlükəsizliyin qorunmasına və ölkənin parlaq gələcəyinə yönəlibdir.
Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri 2018-ci il iyunun 24-də keçirilməlidir.
Teqlər