Onlarla PKK-çı öldürülüb
Apr 29, 2018 04:34 Asia/Baku
Türkiyə ordusu qüvvələrinin Türkiyə Kürd Fəhlə Partiyası adlanan PKK silahlı qruplaşmasının mövqelərinə qarşı keçirdiyi əməliyyatda onlarla PKK-çı öldürülüb.
Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə ordusu birgə qərargahı komandanlığı bir bəyanatda bildirib: Türkiyə ordusu 20-27 apreldə Türkiyənin cənub-şərqi və İraqın şimalında PKK-nın mövqeləri əleyhinə əməliyyat keçirib və 41 PKK-çını öldürüb.
Bu bəyanatda bildirilib: Bu əməliyyatda üç Türkiyə hərbçisi həlak olub, 8 nəfər də yaralanıb.
Teqlər