Səlahəddin Dəmirtaşa beş il həbs istənildi
https://azeri.sahartv.ir/news/türkiyə-i305168-səlahəddin_dəmirtaşa_beş_il_həbs_istənildi
Türkiyənin ədliyyə qurumu Xalqların Demokratik Partiyası HDP-nin sabiq və məhbus sədrlərindən birinin beş il azadlıqdan məhrum edilməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 01, 2018 10:33 Asia/Baku
  • Səlahəddin Dəmirtaşa beş il həbs istənildi
    Səlahəddin Dəmirtaşa beş il həbs istənildi

Türkiyənin ədliyyə qurumu Xalqların Demokratik Partiyası HDP-nin sabiq və məhbus sədrlərindən birinin beş il azadlıqdan məhrum edilməsini istəyib.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, İstanbul şəhəri prokurorluğu hazırda terror aktları ittihamı ilə həbsdə olan HDP-nin sabiq sədri Səlahəddin Dəmirtaşı, HDP-nin nümayəndələrindən biri Sırrı Sürəyya Öndərlə birlikdə ötən beş ildə çıxışları vasitəsi ilə terror propaqandasında ittiham edib. 

Türkiyə Prokurorluğunun iddia etdiyi çıxışları 2013-cü il mart ayında İstanbulda Novruz şənliklərində olub. 

Bu elə bir haldadır ki, 2017-ci il yanvar ayında da Diyarbəkir şəhəri porkurorluğunda PKK üçün təbliğ etmək ittihamı ilə HDP-nin sədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ əleyhinə qərar verilmişdi. Həmin vaxt Dəmirtaş 43 ildən 142 və Yüksəkdağa isə 30 ildən 83 ilədək həbs cəzası istənilmişdi. 

Səlahəddin Dəmirtaş 2016-cı il noyabr ayında HDP-nin 12 üzvü ilə birlikdə terror hərəkətləri ittihamı ilə saxlanıldı. 

HDP-nin sədrlərinə qarşı əsas ittiham PKK ilə əlaqədə olmaq və kürdləri dəstəkləmək, eləcə də hakim AKP-yə qarşı çıxmaqdır. 

İndiyədək hakim partiyaya müxalif partiyalar müxtəlif bəhanələrlə Türkiyə hökuməti tərəfindən repressiya olunublar. 

2015-ci il iyul ayında HDP-nin silahlı kampaniyasının fəaliyyətə başladığı zamandan 1200-dən çox şəxs, o cümlədən təhlükəsizlik işçisi və sivil həlak olmuşdur.