Türkiyə seçkilərində iştirak etmək üçün dörd nəfər namizəd oldu
Türkiyə siyasətçilərindən 4 nəfər vətəndaşlardan 100 min imza toplayaraq bu ölkə prezident seçkilərinə namizəd olub.
İRNA-nın məlumatına görə, ötən üç gün ərzində İyi partiyasının rəhbəri Maral Akşener, Vətən partiyasının sədri Doğu Perinçek, Səadət partiyasının lideri Təməl Karamollaoğlu və Ədalət partiyasının sədri Vəcdət Öz 100 min imza toplamaqla növbədənkənar prezident seçkilərində qeydiyyatdan keçiblər.
Türkiyə seçki qanunlarına əsasən, parlamentdə azı 20 deputatı olan partiyanın namizədi prezident seçkilərində namizədliyini elan etmək üçün 100 min imza toplamaqla Ali Seçki Şurasında qeydiyyatdan keçməlidir.
İyi partiyasının rəhbəri Maral Akşener MHP üzvlərindən 15 nəfəri öz tərəfinə dəvət etməklə müstəqil namizəd tanınmaq üçün qanuni şərtləri əldə edib. Lakin bildirib ki, qanuna əsasən prezident seçkilərinə namizəd olmaq üçün 100 min imzanı toplayacaq.
Maral Akşener 24 iyun prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın ən əsas rəqibi sayılır.
MHP deputatları fraksiyası ötən gün verdiyi qərara əsasən 24 iyun seçkilərində bu partiyanın namizədini Ərdoğan elan edib.