May 09, 2018 08:52 Asia/Baku
  • Türkiyə Trampın qərarını qınayıb
    Türkiyə Trampın qərarını qınayıb

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın sözçüsü deyib: Amerikanın İran ilə nüvə sazişindən birtərəfli qaydada çıxması destabilliyə və yeni münaqişələrə səbəb olacaq.

Türkiyənin xarici işlər naziri də Vaşinqtonun İranla nüvə sazişindən çıxmasını qınayaraq bu qərarın təəssüfləndirici olduğunu bildirib.

Türkiyə XİN bir yazılı bəyanatda bildirib: 2015-ci ildə razılaşdırılmış Əhatəli Müştərək Təşəbbüs Proqramı(ƏMTP) nüvə silahlarının yayılmasının qarşısının alınması istiqamətində önəmli addımdır. 

Türkiyə XİN bildirib: Türkiyə İranın nüvə proqramının diplomatiya və müzakirə yolu ilə həll edilməli olduğunu daima dəstəkləyib və bu istiqamətdə güclü səylər də həyata keçirib. 

Türkiyənin Avropa Birliyi məsələləri üzrə naziri ABŞ prezidentinin ƏMTP-dən çıxmağa qərar verməsini qınayaraq bildirib: Donald Trampın qərarı regionda çox pis hadisələrə yol aça bilər. 

Türkiyədə çıxan Milliyyət qəzetinin internet portalının bildirdiyinə görə, Ömər Çelik Tvitter səhifəsində İranla nüvə sazişinin əhəmiyyətini vurğulayıb və bu razılaşmanı əngəlləmək istiqamətindəki cəhdlərin böyük səhv olduğunu bildirib. 

Ömər Çelik xatırladıb ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik öz hesabatlarında İranın nüvə sazişinə sadiq qaldığını təsdiqləyib.

Türkiyənin Avropa Birliyi məsələləri üzrə naziri ölkəsinin nüvə silahları barədə mövqeyinin ən yüksək meyar və prinsiplərə sövkəndiyini bildirib.  

Teqlər