Türkiyə prezidenti: ABŞ İranla nüvə sazişini tərk etməyin uduzan tərəfidir
May 09, 2018 14:35 Asia/Baku
-
Türkiyə prezidenti: ABŞ İranla nüvə sazişini tərk etməyin uduzan tərəfidir
Türkiyə prezidenti Amerikanı iranla nüvə sazişini tərk etməyin uduzan tərəfi adlandırıb.
Rəcəb Təyyib Ərdoğan Amerikanın İranla nüvə sazişindən çıxması barədə deyib: Amerika öz qatıldığı razılaşmaya sadiq qalmadığına görə bu qərarın uduzan tərəfidir.
Türkiyə prezidenti CNN telekanalına verdiyi müsahibədə deyib: Beynəlxalq razılaşmaları konlum istəyir deyə pozmaq olmaz, bu qəbuledilməzdir. Belə bir razılaşmanın altında imzanız varsa, siz ona hörmətlə yanaşmağa məcbursunuz.