Ankara Rusiyadan S-400 raketlərinin vaxtında alınacağını bildirib
https://azeri.sahartv.ir/news/türkiyə-i306526-ankara_rusiyadan_s_400_raketlərinin_vaxtında_alınacağını_bildirib
Türkiyənin müdafiə sənayesinin başçısı Rusiyadan S-400 raketlərinin zaman cədvəli əsasında satın alınacağından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 09, 2018 18:30 Asia/Baku
  • Ankara Rusiyadan S-400 raketlərinin vaxtında alınacağını bildirib
    Ankara Rusiyadan S-400 raketlərinin vaxtında alınacağını bildirib

Türkiyənin müdafiə sənayesinin başçısı Rusiyadan S-400 raketlərinin zaman cədvəli əsasında satın alınacağından xəbər verib.

İSNA-nın verdiyi məlumata görə, İsmayıl Dəmir bu gün bildirib ki, Türkiyə ilə Rusiya arasında S-400 raketlərinin satın alınması barədə razılaşmanın çərçivəsi bəllidir və bu razılaşmanın icrası qarşısında heç bir problem yoxdur. 

Dəmir ABŞ-ın S-400 raketlərinin satın alınmasına görə Türkiyəyə qarşı sanksiyaları barədə yayılan məlumatlara münasibət bildirərək deyib: Türkiyə və Rusiya Amerikanın bəyanatlarına baxmayaraq bu barədə dəyişməz qərar qəbul ediblər. 

Türkiyə ABŞ-ın bu ölkəyə silah satışından imtina etdiyi şəraitdə Suriyanın yaraqlı kürdlərinə silah və hərbi sursat göndərməsindən gileylidir. 

Rusiya ilə Türkiyə arasında S-400 raketlərinin satın alınması barədə müqavilə 2017-ci il dekabrda imzalanıb.