Türkiyə İsrailin İstanbuldakı baş konsulundan ölkəni tərk etəsini istədi
https://azeri.sahartv.ir/news/türkiyə-i307724-türkiyə_İsrailin_İstanbuldakı_baş_konsulundan_ölkəni_tərk_etəsini_istədi
Türkiyə mediaları çərşənbə günü rəsmi Ankaranın İsrailin İstanbuldakı baş konsuluna ölkəni tərk etməsi barədə göstəriş verməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 16, 2018 09:35 Asia/Baku
  • Türkiyə İsrailin İstanbuldakı baş konsulundan ölkəni tərk etəsini istədi
    Türkiyə İsrailin İstanbuldakı baş konsulundan ölkəni tərk etəsini istədi

Türkiyə mediaları çərşənbə günü rəsmi Ankaranın İsrailin İstanbuldakı baş konsuluna ölkəni tərk etməsi barədə göstəriş verməsindən xəbər veriblər.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin İstanbuldakı baş konsulundan müəyyən bir müddət üçün ölkəni tərk etməsini istəyib. Türkiyə bundan öncə Təl-Əvivdəki səfirini məsləhətləşmək üçün geri çağırmışdı. İsrailin Ankaradakı səfirinə də Türkiyəni tərk etməsinə dair göstəriş vermişdi.

İsrail rejimi də Türkiyənin Qüdsdəki baş konsulundan qeyri-müəyyən bir zaman üçün İsraili tərk etməsini istəmişdi.