Putin: ABŞ Türkiyəyə S-400 almasını qadağan edə bilməz
Rusiya prezidenti şənbə günü deyib: ABŞ-ın Türkiyəyə S-400 almasını qadağan etmək kimi bir haqqı yoxdur.
İRNA-nın məlumatına görə, Vladimir Putin ABŞ-ın S-400 məsələsində Türkiyəyə təzyiq göstərməsini qeyri-qanuni adlandırıb.
Türkiyəyə S-400 zenit raket kompleksinin satılması üzrə müqavilə 2017-ci ilin dekabrında imzalanıb.
Rusiyanın Müdafiə Silahları İxracatı Dövlət Şirkətinin rəisi Türkiyənin sifariş etdiyi S-400 zenit raket kompleksinin istehsalına başlanmasından xəbər verib.
Aleksandr Mixev Türkiyəyə S-400 zenit raket kompleksinin satışı ilə bağlı müqavilənin artıq icra mərhələsində olduğunu bildirib və deyib: Rusiya öz öhdəliklərinə sadiqdir.
S-400 zenit raket qurğuları eyni anda 72 raketi atəş etməyə və 5-60 km məsafədə və 2-27 km hündürlükdə olan taktiki və ballistik raketləri vurmağa qadirdir. S-400 hazırda dünyanın ən müasir raket müdafiə sistemi sayılır.
ABŞ Türkiyəyə Rusiyadan S-400 alacağı təqdirdə Vaşinqtonun sanksiyaları ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.