Ərdoğan bir daha Amerikanı qınadı
May 30, 2018 07:03 Asia/Baku
-
Ərdoğan bir daha Amerikanı qınadı
Türkiyə prezidenti bir daha Amerikanın Suriyanın şimalında Türkiyəyə qarşı olan kürd qruplarına dəstək verməsini qınayıb.
İRNA-nın verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan dünən Amerikanın Suriyanın şimalındakı kürdlərə 5 min yük maşını miqdarında silah göndərməsini qınayaraq deyib: Amerika YPG-ni dəstəkləyir və onlara müxtəlif növlu silahlar verir.
Türkiyə prezidenti deyib: Amerikalılar Suriyanın şimalına 2 min uçuş vasitəsi ilə həssas hərbi təchizatlar köçürürlər amma bu silahların kimin əleyhinə istifadə edilməsi məlum deyil.
Amerikanın Suriyanın şimalındakı kürd yaraqlıları silahlandırması son aylar Amerika ilə Türkiyə əlaqələrinə kölgə salmışdır.
Teqlər