İran və Türkiyə əlaqələrinin inkişafında mədəniyyət həftələrinin rolu
https://azeri.sahartv.ir/news/türkiyə-i310514-İran_və_türkiyə_əlaqələrinin_inkişafında_mədəniyyət_həftələrinin_rolu
İran İslam Respublikasının Ankaradakı səfiri mədəni proqramların icrasını İran-Türkiyə əlaqələrinin inkişafında mühüm və təsirli addım adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 31, 2018 09:59 Asia/Baku
  • İran və Türkiyə əlaqələrinin inkişafında mədəniyyət həftələrinin rolu

İran İslam Respublikasının Ankaradakı səfiri mədəni proqramların icrasını İran-Türkiyə əlaqələrinin inkişafında mühüm və təsirli addım adlandırıb.

Məhəmməd İbrahim Tahiryanfərd Ankarada təşkil edilmiş Ramazan Festivalında İran pavilyonunun açılış mərasimində deyib: İran və Türkiyə əlaqələri bütün sahələr üzrə inkişaf etməkdədir.

İranın Türkiyədəki səfiri həmçinin, İran və Türkiyə arasındakı siyasi və iqtisadi əlaqələrin uğurlu şəkildə davam etdiyini deyərək, əlaqələrin daha da möhkəmləndirilməsi üçün birgə mədəni proqramların icrasına təkid edib.

Ankara bələdiyyəsinin "Ramazan Festivalı" çərçivəsində çərşənbə günü  "İran gecəsi" adlı İranın mədəniyyət pavilyonunun açılışı olub.

Ankarada təşkil edilmiş "Ramazan Festivalı"nda müxtəlif ölkələrin nümayəndələri öz ölkələrinə məxsus gecələri canlandırmaqla müxtəlif maraqlı mədəni proqramlar icra edirlər.