Türkiyə və ABŞ Suriyanın Münbiç məntəqəsinə birgə nəzarət edəcəklər
https://azeri.sahartv.ir/news/türkiyə-i310524-türkiyə_və_abŞ_suriyanın_münbiç_məntəqəsinə_birgə_nəzarət_edəcəklər
Türkiyənin xarici işlər naziri ölkəsinin ABŞ ilə birlikdə Suriyanın Münbiç şəhərinə nəzarət edəcəyini bildirib. Münbiç şəhəri hazırda kürd yaraqlılarının nəzarəti altındadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 31, 2018 13:20 Asia/Baku
  • Türkiyə və ABŞ Suriyanın Münbiç məntəqəsinə birgə nəzarət edəcəklər

Türkiyənin xarici işlər naziri ölkəsinin ABŞ ilə birlikdə Suriyanın Münbiç şəhərinə nəzarət edəcəyini bildirib. Münbiç şəhəri hazırda kürd yaraqlılarının nəzarəti altındadır.

İRNA-nın məlumatına görə, Mövlud Çavuşoğlu jurnalistlərə verdiyi müsahibədə deyib:Münbiç şəhərinin taleyi ilə bağlı qərar YPG yaraqlılarının şəhəri tərk etməsindn sonra ABŞ dövlət katibi ilə 4 iyun tarixində baş tutacaq görüşdə tam formada aydınlaşdırılacaq. 

Mövlud Çavuşoğlu əlavə edib: YPG-nin Münbiçdən çıxmasından sonra şəhərin təhlükəsizliyinə nəzarət Türkiyə və ABŞ-ın əməkdaşlığı ilə yerli hökumətə təqdim ediləcək. 

Türkiyə və ABŞ arasında Münbiçlə bağlı ilkin anlaşmanın əldə edilməsinə dair xəbərlərin yayılmasına baxmayaraq, ABŞ Dövlət Departamenti hələ ki, Münbiçlə bağlı Türkiyə ilə razılığın əldə edilmədiyini bildirib.