Türkiyədə anti-sionist aksiya
-
Türkiyədə anti-sionist aksiya
Türkiyə xalqı İstanbulda anti-sionist aksiya keçirərək, 2010-cu ildə sionist hərbçilərin Türkiyənin "Mavi Mərmərə" gəmisinə və Qəzzəyə istiqamətlənmiş yardım karvanına hücum etmələrini pisləyibdir.
Yüzlərlə turkiyəli dünən sionist hərbçilərin Türkiyənin "Mavi Mərmərə" gəmisinə qarşı hücumunun səkkizinci ildönümü günündə İstanbulda aksiya keçirib və "Sionist rejimə ölüm!" şüarı veribdir.
Aksiyaçılar vurğulayıblar ki, sionist rejimin cinayətini heç zaman unutmayacaqlar və Türkiyə xalqı daim məzlum Fələstin xalqına dəstək olacaqdır.
Sionist rejim ordusunun dəniz qüvvələri 2010-cu il mayın 31-də Qəzzə zolağının mühasirəsini sındırmaq üçün bu məntəqənin sularına doğru hərəkət edən Türkiyənin "Mavi Mərmərə" gəmisinə hücum etdilər.
Beynəlxalq sularda baş vermiş bu cinayətdə doqquz türk fəal öldürüldü. Bu hücumun yaralılarından biri də dörd il koma vəziyyətindən sonra 2014-cü ildə həyatını itirdi.
Sionist rejim Fələstinin Həmas təşkilatının 2006-cı ilin parlament seçkilərtində qalib gəlməsinin ardınca bu təşkilatı məğlub etmək üçün Qəzzə Zolağının mühasirəsini şiddətləndiribdir.