Türkiyə İstanbulda Xorasane Rəzəvi turizm ofisini açmaq xahişi ilə çıxış edib
-
Türkiyə İstanbulda Xorasane Rəzəvi turizm ofisini açmaq xahişi ilə çıxış edib
Türkiyənin İranın Məşhəd şəhərindəki baş konsulu ölkəsinin İstanbulda Xorasane Rəzəvi turizm ofisini açmaq və bu sahədə əməkdaşlığ etməyə hazır olduğunu bildirib.
Mehmet Fərhan Yorulmaz İranın Xorasane Rəzəvi vilayətinin Mədəni İrs, Əli İşləri Sənayesi və Turizm İdarəsinin baş direktoru Əbolfəzl Mokərrəmifər ilə görüşdə deyib ki, ölkəsi Məşhəddən Türkiyəyə və Türkiyədən Məşhədə turist mübadiləstinin həyata keçirilməsini istəyir və müxtəlif yollarla İrana gələn türkiyəli turistlərin sayının artırılması xahişi irəli sürülübdür.
Türkiyənin İranın Məşhəd şəhərindəki baş konsulu həmçinin deyib: İran tarixi turizm sahəsində olduqca zəngin bir ölkədir və tarixi abidələrin böyük önəm daşıdığı turistlər tarixi abidə və cazibədarlıqlara tamaşa etmək üçün xərc çəkməyə hazırdırlar.
Mehmet Fərhan Yorulmaz deyib: Türkiyə və İranın ortaqlıqlarına əsasən, İranda turist cəzb etmək məqsədilə Türkiyə modeilindən bəhrələnmək olar.
İranın Xorasane Rəzəvi vilayətinin Mədəni İrs, Əli İşləri Sənayesi və Turizm İdarəsinin baş direktoru Əbolfəzl Mokərrəmifər də bu görüşdə deyib: Turist cəzb etmək məqsədilə özəl şirkətlərin iştirakı ilə iki ölkənin ixtisas komitəsinin iclası təşkil olunacaq və səyahət agentliklərinin nümayəndələri də Türkiyənin baş konsulu ilə iclas keçirəcəklər.