Türkiyə ordusu Suriyanın Mənbic məntəqəsində yerləşib
https://azeri.sahartv.ir/news/türkiyə-i313688-türkiyə_ordusu_suriyanın_mənbic_məntəqəsində_yerləşib
Yerli mənbələr Türkiyənin ordu qüvvələrinin Suriyanın şimalındakı Mənbic şəhərində yerləşmələrindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 18, 2018 13:47 Asia/Baku
  • Türkiyə ordusu Suriyanın Mənbic məntəqəsində yerləşib
    Türkiyə ordusu Suriyanın Mənbic məntəqəsində yerləşib

Yerli mənbələr Türkiyənin ordu qüvvələrinin Suriyanın şimalındakı Mənbic şəhərində yerləşmələrindən xəbər veriblər.

Ankara ilə Vaşinqton arasındakı son razılaşmanın ardınca Türkiyənin ordu qüvvələri bu gün Suriyanın Mənbic şəhərində öz patrul əməliyyatlarına başlayıblar.

Belə bir halda, Mənbic Hərbi Şurası Ankara ilə Vaşinqtonun Mənbic şəhərinin idarə olunması barədə razılaşmasını qəbuledilməz adlandırıb və bildirib ki, Türkiyənin bu şəhərdə hər cür hərbi iştirakı ilə müxalifdir.

Türkiyənin baş naziri Binalı Yıldırım son zamanlar bildirib ki, Ankara PKK, PYD və YPG üzvlərini Suriyanın şimalından çıxarmaq üçün Vaşinqton ilə doxsangünlük bir anlaşmaya gəlibdir.

Suriya kürdlərinin öz sərhədində iştirakı qarşısında mənfi baxışa malik olan Türkiyə kürd qüvvələri Suriyanın Afrin məntəqəsindən çıxardıqdan sonra dəfələrlə təhdid edibdir ki, öz əməliyyatını Mənbic şəhərinə doğru genişləndirəcəkdir.

Amerika Fransa kimi öz hərbi qüvvələrini Suriyanın Mənbic şəhərində yerləşdiribdir.