Türkiyədə onlarla hərbçinin həbsinə order verilib
https://azeri.sahartv.ir/news/türkiyə-i316205-türkiyədə_onlarla_hərbçinin_həbsinə_order_verilib
Türkiyə Baş Prokurorluğu FETÖ qrupu ilə əlaqədə olmaq ittihamı ilə onlarla ordu hərbçisinin həbsinə order verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2018 07:32 Asia/Baku
  • Türkiyədə onlarla hərbçinin həbsinə order verilib
    Türkiyədə onlarla hərbçinin həbsinə order verilib

Türkiyə Baş Prokurorluğu FETÖ qrupu ilə əlaqədə olmaq ittihamı ilə onlarla ordu hərbçisinin həbsinə order verib.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə Baş Prokurorluğunun ofisi bazar ertəsi günü bildirib: 19 vilayətdə, o cümlədən paytaxt Ankarada bu şübhəlilərin həbsi əməliyyatı yaxın vaxtlarda başlanacaq. 

Ötən həftə Türkiyə təhlükəsizlik qüvvələri FETÖ ilə əlaqədə olmaq ittihamı ilə 19 hərbçini saxlayıblar. 

Türkiyə hökumət rəsmiləri FETÖ qrupu ilə əlaqədə olan şəxslərin sayının 170 min nəfərə yaxın olduğunu bildiriblər. Bu şəxslər 15 iyul 2016-cı il uğursuz dövlət çevrilişində birbaşa və dolayısı ilə rola malik olublar. 

Rəsmi Ankara Fətulla Güləni 15 iyul uğursuz dövlət çevrilişində suçlayır. Lakin Gülən dəfələrlə Türkiyə rəsmilərinin bu iddiasını rədd edib.