Türkiyə Xİ naziri ABŞ-ın İrana qarşı sanksiyalarını qınadı
https://azeri.sahartv.ir/news/türkiyə-i316566-türkiyə_xİ_naziri_abŞ_ın_İrana_qarşı_sanksiyalarını_qınadı
Türkiyənin xarici işlər naziri ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsini tənqid etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2018 14:36 Asia/Baku
  • Türkiyə Xİ naziri ABŞ-ın İrana qarşı sanksiyalarını qınadı
    Türkiyə Xİ naziri ABŞ-ın İrana qarşı sanksiyalarını qınadı

Türkiyənin xarici işlər naziri ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsini tənqid etdi.

Türkiyənin  xarici işlər naziri Mövlud Çavuşoğlu cümə günü Anadolu xəbər agentliyinə verdiyi məlumatda deyib: ABŞ-ın İrana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı qərarı yanlışdır. 

M.Çavuşoğlu ABŞ-ın nüvə anlaşmasından çıxmasına işarə edərək, Vaşinqton və Tehran arasındakı mövcud məsələlərin danışıqlar yolu ilə həll olunası olduğunu deyərək, nüvə anlaşmasını bu müzakirələr üçün münasib nümunə adlandırıb. 

Türkiyənin xarici işlər naziri ABŞ-ın İrana qarşı sanksiyalarını qınayaraq, Avropa İttifaqı ölkələrindən nüvə anlaşmasını qorumalarını istəyib. 

ABŞ prezidenti Donald Tramp 8 may 2018-ci ildə İrana qarşı əsassız iddiaları təkrar edərək, Vaşinqtonun nüvə anlaşmasından çıxdığını və İrana qarşı nüvə sanksiyalarının 3-6 aya bərpa olunacağını elan etdi. 

Britaniya, Fransa, Almaniya, Rusiya və Çin isə nüvə anlaşmasının digər tərəfləri olaraq Hərtərəfli Birgə Əməkdaşlıq Planının qorunmasına təkid edərək, Trampın hərəkətini qınayıblar. 

M.Çavuşoğlu həmçinin deyib: Türkiyə hökuməti İraq ərazisini PKK yaraqlılarından təmizləmək üçün nə lazımdırsa edəcək.