Türkiyənin yeni müdafiə naziri qonşularla ikitərəfli münasibətlərin inkişaf etdirilməsini vurğulayıb
https://azeri.sahartv.ir/news/türkiyə-i317319-türkiyənin_yeni_müdafiə_naziri_qonşularla_ikitərəfli_münasibətlərin_inkişaf_etdirilməsini_vurğulayıb
Türkiyənin yeni müdafiə naziri qonşu ölkələrlə müxtəlif iqtisadi və siyasi sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 12, 2018 04:46 Asia/Baku
  • Hulusi Akar
    Hulusi Akar

Türkiyənin yeni müdafiə naziri qonşu ölkələrlə müxtəlif iqtisadi və siyasi sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsini vurğulayıb.

İRNA-nın məlumatına görə, Hulusi Akar Türkiyə Müdafiə Nazirliyində rəsmi işə başlama mərasimində deyib: Ankara qonşu ölkələrlə sülh, stabillik və təhlükəsizliyə arxalanan münasibətlərin tərəfdarıdır. 

Hulusi Akar həmçinin Türkiyə və regionda terrorizmlə mübarizənin davam edəcəyini bildirərək deyib: Türkiyə hökumətinin işə başladığı yeni dövrdə, Müdafiə Nazirliyi, Ordunun Baş Qərargahı və Silahlı Qüvvələri vahid şəkildə fəaliyyət göstərəcəklər. 

Türkiyənin müdafiə naziri Hulusi Akar bundan öncə Türkiyə Ordusu Baş Qərargahının rəisi idi və prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Nurəddin Canıklının yerinə təyin olundu.