Ərdoğan: Sionist rejim dünyada ən rasist rejimdir
https://azeri.sahartv.ir/news/türkiyə-i318314-Ərdoğan_sionist_rejim_dünyada_ən_rasist_rejimdir
Türkiyə prezidenti deyib: "Yəhudi ölkəsi" qanununun qəbul edilməsi sübut etdi ki, sionist rejim dünyada ən rasist rejimdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2018 14:41 Asia/Baku
  • Ərdoğan: Sionist rejim dünyada ən rasist rejimdir
    Ərdoğan: Sionist rejim dünyada ən rasist rejimdir

Türkiyə prezidenti deyib: "Yəhudi ölkəsi" qanununun qəbul edilməsi sübut etdi ki, sionist rejim dünyada ən rasist rejimdir.

Rəcəb Tayyıb Ərdoğan bu gün sionist rejim parlamentində "yəhudi ölkəsi" qanununun qəbul edilməsinə reaksiyada bu rejimi faşist rejimi adlandırıb və bildirib ki, sionist rejim başçıları Hitlerin ruhunun təcəssümüdürlər.

Sionist rejim başçılarının Hitlerdən əsla fərqlənmədiklərini bildirən Ərdoğan əlavə edib: Bu rejim başçılarının müqəddəs Fələstin ərazisinin yəhudilərə aid olması barədəki təfəkkürləri Hitlerin rasit təfəkkürlərindən əsla fərqlənmir.

Türkiyə prezidenti sionist rejimin Fələstin xalqını qırmaq üzrə vəhşicəsinə rəftarını tənqid edərək, deyib: Bu rejim Qəzzə zolağına qarşı kor-koranə hücumlarına və mülkiləri qırıcı, tank və digər ağır texnika ilə hədəfə aldığına görə, terrorçu bir rejimdir.

Sionist rejim ötən cümə axşamı günü bu rejim parlamenti-knessetdə "yəhudi ölkəsi" qanununu qəbul etdi.