Türkiyə ABŞ Konqresinin "F-35" qırıcılarının satışını dondurmasına münasibət bildirdi
https://azeri.sahartv.ir/news/türkiyə-i318427-türkiyə_abŞ_konqresinin_f_35_qırıcılarının_satışını_dondurmasına_münasibət_bildirdi
Türkiyə prezidenti ABŞ Konqresinin "F-35" qırıcılarının ölkəsinə təhvil verilməsi prosesini dondurmasına reaksiya olaraq deyib: Amerikadan alınan F-35 qırıcılarının təhvil verilməsinə dair narahatlığımız yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 25, 2018 09:38 Asia/Baku
  • Türkiyə ABŞ Konqresinin

Türkiyə prezidenti ABŞ Konqresinin "F-35" qırıcılarının ölkəsinə təhvil verilməsi prosesini dondurmasına reaksiya olaraq deyib: Amerikadan alınan F-35 qırıcılarının təhvil verilməsinə dair narahatlığımız yoxdur.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan çərşənbə günü hakim Ədalət və İnkişaf Partiyasının iclasının ardınca Amerikadan alınan F-35 qırıcılarının Türkiyəyə təhvil verilməməsi məsələsinə münasibət bildirib və deyib: Türkiyə indiyə kimi F-35 qırıcıları üçün 900 milyon dollar ödəyib və bizim pilotlarımız hazırda Amerikada təlim uçuşları həyata keçirirlər.

ABŞ medialarının bildirdiklərinə görə bəzi senatorlar və konqresmenlər gələn il üçün müdafiə büdcəsinin araşdırılması məqsədilə keçirilən birgə işçi komitələrinin iclaslarında F-35 qırıcılarının satışının durdurulmasına dair bir layihə qəbul edərək, ABŞ-ın Müdafiə Nazirliyindən 90 gün ərzində F-35 qırıcılarının satışı, ABŞ-Türkiyə münasibətləri, Türkiyənin Rusiyadan S-400 raket kompleksi almasının nəticələri və Türkiyənin F-35 qırıcılarının birgə istehsalı layihəsindən çıxarılmasının ehtimal olunan nəticələri barədə hesabat təqdim etməsini istəyib.

Ankara-Vaşinqton münasibətləri Türkiyənin Rusiyadan S-400 raket zenit kompleksi almasına və iki ölkənin Suriya kürdləri ilə bağlı fərqli mövqelərə malik olmasına habelə, ABŞ-ın Fətullah Güləni Türkiyəyə təhvil verməkdən çəkinməsinə görə gərginliyə düçar olub.