Çavuşoğlu Amerikaya xitabən: Türkiyə təhdidlərə dözməyəcək
https://azeri.sahartv.ir/news/türkiyə-i318574-Çavuşoğlu_amerikaya_xitabən_türkiyə_təhdidlərə_dözməyəcək
Türkiyənin xarici işlər naziri Vaşinqtonun təhdidlərinə cavab olaraq Ankaranın heç bir təhdidə dözməyəcəyini bildirib və deyib: Qanun hər kəs üçündür və istisna yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 27, 2018 04:39 Asia/Baku
  • Mövlud Çavuşoğlu
    Mövlud Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Vaşinqtonun təhdidlərinə cavab olaraq Ankaranın heç bir təhdidə dözməyəcəyini bildirib və deyib: Qanun hər kəs üçündür və istisna yoxdur.

ABŞ prezidenti Donald Tramp cümə axşamı Türkiyədə həbsdə olan amerikalı keşiş Andryo Bransonun dərhal azad edilməsini istəyərək, əks halda Ankaraya qarşı sanksiyaların tətbiq olunacağını deyib. 

ABŞ-ın vitse-prezidenti Mayk Pens də cümə axşamı Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanı və Türkiyə hökumətini təhdid edərək, deyib: Ya amerikalı keşişi azad edin, ya da nəticələrinə qatlanın.

Amerikalı keşiş Andryo Branson 2016-cı ilin oktyabrında terrorçuluq fəaliyyətlərində və 15 iyul 2016-cı il Türkiyədə dövlət əleyhinə uğursuz çevriliş cəhdini planlaşdırmaqda birinci dərəcəli müttəhim sayılan Fətulla Gülənin başçılıq etdiyi FETÖ terror təşkilatı ilə əməkdaşlıq etməkdə ittiham olunaraq, həbs edilib. 

Türkiyə rəsmiləri son zamanlar bu keşişin həbsini ev dustaqlığı ilə əvəz ediblər.