Türkiyənin maliyyə naziri ABŞ-ın qərarını tənqid edib
Türkiyənin maliyyə naziri Amerika prezidentinin Türkiyədən polad və alüminium idxalatına rüsumları ikiqat artırmaq barədəki qərarını tənqid edib.
Berat Albayrak deyib: Türkiyə xalqının iqtisadiyyatı və rifahı birbaşa şəkildə hədəfə alınıb, amma Türkiyə bu mübarizədə qalib gələcəkdir.
Türkiyənin maliyyə naziri söyləyib: Türkiyə qüdrətli bank sistemi, büdcə ayrılmasındakı inzibat, fəal daxili bazar və istehsal sahəsindəki möhkəm infrastruktur ilə bu hərəkətləri əsərsiz qoyacaq və xalq ilə yanaşı daha artıq qüdrətlə bu prosesdən çıxacaqdır.
Amerika prezidenti Donald Tramp Türkiyədə amerikalı keşiş Andro Brunsonun məhkum edilməsinin ardınca dünən öz twitter səhifəsində yazdı ki, Türkiyədən idxal olunan alüminiumun rüsumu 20, poladın rüsumu isə əlli faiz olacaqdır.
Andro Brunson casusluqda, terror fəaliyyətlərində və Türkiyədə uğursuz 2016-cı il 15 iyul çevrilişinə dəstək verməkdə ittiham olunur.
Ağ Ev cari avqust ayının əvvəlində bu məsələ ilə bağlı Türkiyənin ədliyyə və daxili işlər nazirlərini sanksiyalar siyahısına saldı.
Amerika dəfələrlə Ankaranın Türkiyədə uğursuz 2016-cı il 15 iyul çevrilişinin amili kimi Fəthullah Gürlənin ekstradisiyası barədəki istəyini rədd edibdir.