Türkiyə ABŞ-ın ticarət savaşı ilə mübarizə aparır
https://azeri.sahartv.ir/news/türkiyə-i319834-türkiyə_abŞ_ın_ticarət_savaşı_ilə_mübarizə_aparır
Türkiyənin maliyyə naziri ABŞ dolları qarşısında Türkiyə lirəsinin dəyərinin azaldılması üzrə planın hazırlanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 13, 2018 06:50 Asia/Baku
  • Türkiyə ABŞ-ın ticarət savaşı ilə mübarizə aparır
    Türkiyə ABŞ-ın ticarət savaşı ilə mübarizə aparır

Türkiyənin maliyyə naziri ABŞ dolları qarşısında Türkiyə lirəsinin dəyərinin azaldılması üzrə planın hazırlanmasından xəbər verib.

"Tramp Türkiyənin milli valyutasını hədəfə alıb" deyən Berat Albayrak əlavə edib ki, Ankara ABŞ dolları qarşısında Türkiyə lirəsinin dəyərinin azalmasının və valyuta kövrəkliyinin qarşısını almaq üçün xüsusi proqram hazırlayıbdır.

Türkiyənin maliyyə naziri deyib: Lirənin dəyərinin azaldılması Türkiyənin iqtisadiyyatına qarşı aşkar bir hərəkətdir.

Türkiyə prezidenti də dünən Türkiyənin Trabzon şəhərində Ədalət və İnkişaf Partiyasının əyalət qurultayındakı çıxışında deyib ki, Ankara bir daha siyasi və hiyləgər bir oyunla üzləşir. O bildirib ki, Türkiyə bu iqtisadi savaşda qalib gələcəkdir.

Ərdoğan Trampa eyham vuraraq, qeyd edib ki, Türkiyə daxil olmaqla bütün dünya ölkələrinə ticarət müharibəsi elan edən kəsin cavabını iqtisadi siyasətlər yeritməklə verəcəkdir.

Türkiyə lirəsi 2018-ci ilin əvvəlindən bəri öz dəyərini qırx faiz itiribdir.

Amerika-Türkiyə əlaqələri son aylar müxtəlif məsələlərə, o sıradan Mənbic yol xəritəsi, Suriyanın şimalında kürd yarımhərbçiləri, Türkiyə dövlətinin müxalifi olan Fəthullah Gülənin ekstradisiyası, Türkiyənin ədliyyə və daxili işlər nazirlərinin Amerika tərəfindən sanksiya edilmələri, eləcə də bu ölkənin alüminium və poladının Amerikaya idxalatına ikiqat rüsumun tətbiq edilməsi və amerikalı keşiş Andro Brunsonun azad edilməməsi kimi məsələlərə görə, kəskinləşibdir.