Çavuşoğlu: ABŞ təhdidlə Türkiyədən heç nə ala bilməz
https://azeri.sahartv.ir/news/türkiyə-i320101-Çavuşoğlu_abŞ_təhdidlə_türkiyədən_heç_nə_ala_bilməz
Türkiyə xarici işlər naziri bildirib: Ankara ABŞ-ın təhdid və sanksiyalarına təslim olmayacaq
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 16, 2018 13:14 Asia/Baku
  • Çavuşoğlu: ABŞ təhdidlə Türkiyədən heç nə ala bilməz

Türkiyə xarici işlər naziri bildirib: Ankara ABŞ-ın təhdid və sanksiyalarına təslim olmayacaq

İRNA-nın məlumatına görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: Ankara ABŞ-la müzakirə yolu ilə gərginliyi həll etmək ardıncadır. Lakin bu ölkə başqa yolları seçib.

Çavuşoğlu əlavə edib: Amerikalıların təkcə Türkiyə ilə deyil, avropalılarla və dünyanın bir çox ölkələri ilə münasibətləri korlanıb. Çünki ABŞ-ın hazırkı hökumətinin xarici siyasəti əsasən təhdid və təzyiq üzərində köklənib və yalnız öz mənafeyini düşünür.