Türkiyənin maliyyə naziri: Valyuta problemimiz yoxdur
-
Berat Albayrak
Türkiyənin maliyyə naziri deyib: Türkiyə ciddi valyuta problemi yaşamır və bu ölkə bazarındakı son qiymət dəyişmələr keçicidir.
İRNA-nın verdiyi məlumata görə, 6100 xarici investorla müştərək iclasda çıxış edən Berat Albayrak deyib: Türkiyə ehtiyacı olduğu valyutanın təmini üçün Beynəlxalq Valyuta Fondu ilə heç bir təmasa girməyib və bundan sonra da valyutaya olan ehtiyacını beynəlxalq valyuta bazarından təmin edəcək.
Albayrak Türkiyədə yaşanan hazırkı valyuta problemlərinin keçici olduğunu bildirərək deyib: Türkiyə hökuməti üçün əsas prioritet infliyasiyanı endirməkdir və Ankara qısa zamanda infiliyasiya göstəricisini tək rəqəmli edəcəkdir.
Son iki ildə Türkiyədə infliyasiya artıb və bu gün infliyasiya göstəricisi 13 faizdən ibarətdir.
Ankara ilə Vaşinqton arasında son əftələr ərzindəki çaxnaşmalar Türkiyənin valyuta bazarına da öz təsirini buraxdı və lirə dəyərini müəyyən həddə itirdi amma hökumət müəyyən tədbirlərlə durumu adiləşdirmək niyyətindədir.
Bu gün ABŞ dolları 6 lirəyə, avro isə 7 lirəyə satılır.