S400 gələn il Türkiyəyə veriləcək
-
S400 gələn il Türkiyəyə veriləcək
Rusiyanın silah ixrac edən Rosoboronexport şirkəti dünən bildirib ki, Moskva gələn ildən Türkiyəyə S400 raketlərinin təhvil verilməsinə başlayacaq.
Türkiyəyə S400 raketlərinin satışı üzrə müqavilə ötən il dekabrda imzalandı.
ABŞ dövlət katibinin köməkçisi Rene Klark Koper son vaxtlar bildirib ki, Türkiyənin Rusiyadan S400 raketlər satın alması Vaşinqton üçün faciəli olacaq.
Son həftə S400 raketi, amerikalı casus Andreu Bronsonun həbsi kimi məsələlərə görə Amerika ilə Türkiyə əlaqələrində çaxnaşma artıb.
Rusiya prezidenti Vladimir Putin 26 mayda bildirdi ki, Amerika Türkiyəni S400 reketlərini satım almaqdan çəkidirə bilməz.
S400 quru-hava raket sistemi eyni zamanda 72 raket tullamaq və 5-60 km məsafəyədək və 2-27 km hündürlükdə taktiki və ballestik hədəfləri məhv etmək qabiliyyətinə malik olmaqla dünyanın ən müasir müdafiə sistemlərindən biri hesab olunur.
ABŞ Türkiyəyə Rusiyadan S400 raket sistemi alarsa Vaşinqtonun sanksiyaları ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.