Türkiyə Yunanıstanı tənqid edib
https://azeri.sahartv.ir/news/türkiyə-i320598-türkiyə_yunanıstanı_tənqid_edib
Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Yunanıstan məhkəməsinin Türkiyədə uğursuz dövlət çevrilişində əli olmaqda ittiham edilən Türkiyənin keçmiş bir hərbçisinə sığınacaq verməsini tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 23, 2018 05:49 Asia/Baku
  • Türkiyə Yunanıstanı tənqid edib
    Türkiyə Yunanıstanı tənqid edib

Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Yunanıstan məhkəməsinin Türkiyədə uğursuz dövlət çevrilişində əli olmaqda ittiham edilən Türkiyənin keçmiş bir hərbçisinə sığınacaq verməsini tənqid edib.

İRNA-nın verdiyi məlumata görə, Ömər Çelik deyib: Yunanıstan məhkəməsi Türkiyə düşmənləri və çevrilişçilərin kənarında durur və Yunanıstan məhkəməsinin bu hərəkəti terrorizmə dəstək xarakteri daşıyaraq utanc mənbəyidir. 

Çelik həmçinin Türkiyənin tam qətiyyətlə terrorizm və çevrilişçilərlə mübarizə aparacağını vurğulayaraq deyib: Türkiyə dövləti və xalqı heç vaxt çevrilişçiləri dəstəkləyən ölkələrin etdiklərini unutmayacaq. 

Yunanıstanın Ali Məhkəməsi dünən 2016-cı il dövlət çevrilişi planında əli olmaqda ittiham edilən hərbçi Süleyman Özkaynaqçıya sığıncacaq verilməsi barədə Türkiyənin etirazını rədd edib. 

Türkiyə və Yunanıstan arasında əlaqələr Yunanıstanın Türkiyədəki son uğursuz dövlət çevrilişində əli olmaqda ittiham edilən 8 hərbçini Türkiyəyə təhvil verməkdən boyun qaçırmasına görə son iki ildə gərginləşib. 

Türkiyə 10 ildir Gülən qrupunun 20 üzvü və PKK-nın 4 üzvünün Türkiyəyə təhvil verilməsi barədə Yunanıstana müraciətlər edir.