Türkiyə sionist qəsəbələrin salınmasını pisləyib
Türkiyənin xarici işlər nazirliyi bir bəyanat yayaraq, sionist rejim tərəfindən İordan çayının qərb sahilində sionistlər üçün iki mindən çox yeni yaşayış binasının salınmasını pisləyib.
Türkiyənin xarici işlər nazirliyi bu gün bir bəyanat yayaraq, sionist rejim tərəfindən İordan çayının qərb sahilində sionistlər üçün iki mindən çox yeni yaşayış binasının salınması ilə müxalifəti dünya ictimaiyyətinin qanuni və əxlaqi vəzifəsi adlandırıb və dünya ölkələrindən istəyibdir ki, bu məsələyə reaksiya verərək, onu pisləsinlər.
Türkiyənin xarici işlər nazirliyi bu bəyanatda xəbərdarlıq edib ki, BMT qərarları və beynəlxalq hüquq normalarına məhəl qoyulmadan atılan bu kimi addımlar məzlum Fələstin xalqının ibtidai hüquqlarını pozur.
Sionist rejim başçıları ötən çərşənbə günü İordan çayının qərb sahilində sionistlər üçün iki min yeni binanın tikilməsi ilə razılaşdılar.