Yıldırım Türkiyənin ABŞ-ın təhdidləri qarşısında hazır olduğunu bildirib
https://azeri.sahartv.ir/news/türkiyə-i320877-yıldırım_türkiyənin_abŞ_ın_təhdidləri_qarşısında_hazır_olduğunu_bildirib
Türkiyə məclisinin sədri bildirib ki, Ankara Türkiyə xalqını sanksiya və təhdid edəcək hər bir ölkəyə qətiyyətli cavab verəcəkdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 26, 2018 15:13 Asia/Baku
  • Yıldırım Türkiyənin ABŞ-ın təhdidləri qarşısında hazır olduğunu bildirib

Türkiyə məclisinin sədri bildirib ki, Ankara Türkiyə xalqını sanksiya və təhdid edəcək hər bir ölkəyə qətiyyətli cavab verəcəkdir.

Türkiyə məclisinin sədri Binalı Yıldırım bu gün Ankarada keçirilən bir mərasimdə ABŞ-ın Türkiyə iqtisadiyyatına qarşı hücum siyastələrinə reaksiyada həmin ölkənin başçılarına tövsiyə edibdir ki, Türkiyə əleyhinə məntiqsiz və məsuliyyətsiz rəftarlarına son qoysunlar.

Türkiyə məclisinin sədri bildirib ki, bəzi beynəlxalq qüdrətlər bu ölkə xalqının birliyini sındırmaq ardıncadırlar. O, əlavə edib: Türkiyədə iqtisadi zərbələr və 2016-cı il 15 iyul çevrilişi kimi çevrilişlər nəticə vermədi və gələcəkdə də bu cür fitnələr nəticəsiz qalacaqdır.

Yıldırım deyib: Amerika Türkiyə ilə əlaqələri adiləşdirmək üçün yeni bir münasibət göstərməlidir.

Amerika dövləti amerikalı keşiş Andro Bransonun casusluqda və Türkiyədə keçirilmiş uğursuz 2016-cı il hərbi çevrilişin amili, Amerikada yaşayan Fəthullah Gülən ilə əlaqədə olmaqda ittiham edilməsinin ardınca 2018-ci il avqustun birində Ankaraya qarşı sanksiyalar tətbiq etdi.