Merkel: Türkiyə iqtisadiyyatının zəifləməsi Almaniyanın xeyrinə deyil
-
Merkel: Türkiyə iqtisadiyyatının zəifləməsi Almaniyanın xeyrinə deyil
Almaniya Kansleri Angela Merkel deyib: Türkiyə ilə ciddi münaqişələrə baxmayaraq Almaniyanın strateji mənafeyi Türkiyənin iqtisadiyyatının zəifləməsinə icazə vermir.
14 iyul 2016-cı il uğursuz dövlət çevrilişindən, ardınca Türkiyə hökumətinin çevrilişçilərə qarşı geniş miqyaslı əməliyyatlara başalamasından sonra Avropa Birliyi o sıradan da Almaniya ilə Türkiyə əlaqələri gərginləşdi.
İRİB-in verdiyi məlumata görə, Angela Merkel dünən gecə RTL telekanalına verdiyi açıqlamada Türkiyə lirəsinin dəyərini itirməsindən mənşə alan iqtisadi nigarançılıqlara toxunaraq Almaniyanın Türkiyənin iqtisadi inkişafındakı strateji mənafelərini diqqətə çəkib və deyib: Türkiyəni zəiflətməyə gətirib çıxaran hərhansı hərəkət Berlinin mənafeyinə uyğun deyil.
ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminuma tarifləri iki qat artırdı.
Amerika həmçinin Türkiyənin amerikalı casus keşiş Andru Bransonu azad etməkdən çəkinməsindən sonra iki türkiyəli nazirə qarşı sanksiyalar tətbiq etdi.