Türkiyə ilə Qazaxıstan arasında beş əməkdaşlıq sənədi imzalanıb
https://azeri.sahartv.ir/news/türkiyə-i322897-türkiyə_ilə_qazaxıstan_arasında_beş_əməkdaşlıq_sənədi_imzalanıb
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Ankaraya səfərinin sonunda Türkiyə və Qazaxıstan beş əməkdaşlıq sənədi imzalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 15, 2018 10:16 Asia/Baku
  • Türkiyə ilə Qazaxıstan arasında beş əməkdaşlıq sənədi imzalanıb

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Ankaraya səfərinin sonunda Türkiyə və Qazaxıstan beş əməkdaşlıq sənədi imzalayıblar.

Nazarbayevin Türkiyəyə ikigünlük səfərində iki ölkənin müdafiə nazirləri hərbi əməkdaşlıq sənədi imzalayıblar. Bundan başqa, Türkiyənin xarici işlər naziri və Qazaxıstanın inkişaf və investisiya naziri tərəfindən müştərək iqtisadi həmkarlıq proqramı üzrə fəaliyyət layihəsi imzalanıb.

Həmçinin Qazaxıstan prezidentinin səfərində mədəniyyət və müvafiq fəaliyyətlər üzrə mərkəzlərin təsisi barədə razılaşma sənədi imzalanıb. Bu sənədi Türkiyənin mədəniyyət və turizm naziri və Qazaxıstanın mədəniyyət və idman naziri imzalayıblar.

Eyni zamanda Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini və Qazaxıstanın kənd təsərrüfatı müavininin iştirakı ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq barədə razılaşma sənədi imzalanıb.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan Qazaxıstan prezidenti Nursultan Nazarbayev ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, bu görüşdə müxtəlif sahələrdə, xüsusən iqtisadiyyat, ticarət, mədəniyyət və təhsil sahələrində ikitərəfli məsələlər araşdırılıb.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev də Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan ilə birgə mətbuat konfransında deyib ki, iki ölkənin məqsədi, ticarət mübadilələri həcminin on milyard dollar səviyyəsinə qaldırılmasıdır.