Türkiyədə bir amerikan şirkətin fəaliyyətinə etiraz edilib
-
Türkiyədə bir amerikan şirkətin fəaliyyətinə etiraz edilib
Türkiyədə Cümhuriyyət Xalq Partiyası- CHP bu ölkənin 16 nazirliyinin fəaliyyətinə nəzarətin amerikan "McKinsey & Company" şirkətinə verilməsi barədəki müqaviləni pisləyib.
Cümhuriyyət Xalq Partiyasının sədr müavini Faiq Öztürk dünən Türkiyə dövlətinin bu amerikan şirkətlə müqavilə imzalamasını Amerika casuslarının Türkiyə dövlətinə azadcasına daxil olmaları adlandırıb.
Cümhuriyyət Xalq Partiyasının sədr müavini deyib: Türkiyə dövlətinin bu hərəkəti ilə Türkiyənin maliyyə və iqtisadi sisteminin gizli informasiyaları xarici bir müşavirə şirkətinin ixtiyarına qoyulacaq və informasiyların qorunmasına heç bir zəmanət yoxdur.
Faiq Öztürk əlavə edib: Bu müqavilə Türkiyənin maliyyə və iqtisadi sisteminin əcnəbi bir ölkənin şirkətinin ixtiyarına qoyulması deməkdir.
Belə bir halda, Türkiyənin maliyyə nazirliyi bildirib ki, Türkiyə dövlətinin amerikan "McKinsey & Company" şirkəti ilə əməkdaşlıq müqaviləsi aqilanə bir hərəkətdir və bu şirkətin Türkiyənin iqtisadi layihələrinin icrasında və işlərin idarəsində heç bir rolu yoxdur.