Qaşıqçının cəsədinin tapılmasına dair xəbərlər təkzib edildi
Okt 23, 2018 16:35 Asia/Baku
-
Qaşıqçının cəsədinin tapılmasına dair xəbərlər təkzib edildi
Türkiyənin dövlət televiziyası TRT bir ərəb mediasının jurnalist Camal Qaşıqçının cəsədinin tapılmasına dair iddiasını rədd etdi.
TRT kanalı Türkiyə rəsmilərinə istinadla Skay Nyus kanalının Camal Qaşıqçının cəsədinin qalıqlarının Ərəbistanın Baş Konsulunun iqamətgahında aşkar edilməsinə dair xəbərini əsassız adlandırıb və hələ ki, jurnalistin cəsədinə aid hansısa qalığın aşkar edilmədiyini bildirib.
Bundan öncə Türkiyənin Vətən Partiyasının sədri Doğu Perincək də bir telemüsahibədə Camal Qaşıqçının cəsədinin qalıqlarının Ərəbistanın Baş Konsulluğunun həyətində aşkar edildiyini demişdi.