İstanbulda Suriya mövzusunda iclas öz işinə başlayıb
https://azeri.sahartv.ir/news/türkiyə-i326612-İstanbulda_suriya_mövzusunda_iclas_öz_işinə_başlayıb
İstanbulda Türkiyə, Rusiya, Fransa və Almaniyanın iştirakı ilə Suriyada baş verən son hadisələr mövzusunda dörd tərəfli iclas öz işinə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 27, 2018 16:59 Asia/Baku
  • İstanbulda Suriya mövzusunda iclas öz işinə başlayıb
    İstanbulda Suriya mövzusunda iclas öz işinə başlayıb

İstanbulda Türkiyə, Rusiya, Fransa və Almaniyanın iştirakı ilə Suriyada baş verən son hadisələr mövzusunda dörd tərəfli iclas öz işinə başlayıb.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, iclasda Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emanuel Makron və Almaniya Kansleri Angela Merkel iştirak ediblər. 

Ərdoğan iclas başlamazdan öncə sözü gedən ölkələrin rəhbərləri ilə görüşüb danışıqlar aparıb. 

İstanbulda 4 tərəfli iclasdan öncə həmçinin Türkiyə və Rusiyanın XİN rəhbərlərinin də görüşü keçirilib. 

Türkiyə və Rusiyanın müdafiə nazirləri Xülusi Akar və Sergey Şviqov da Suriyanın İdlib vilayətində gedən son prossesləri və regionda təhlükəsizlik məsələlərini araşdırılblar. 

Suriya böhranı 2011-ci ildə Səudiyyə Ərəbistanı, Amerika və onun müttəfiqlərinin himayə etdikləri terrorçu qrupların balansı sionist rejimin xeyirinə dəyişmək məqsədli geniş hücumlarından sonra başladı və Suriya xalqı və ordusunun səyləri nəticəsində düşmənlərin məkirli planı nakam qaldı.